Bank Of Baku

Oğurluq edən Şirvan sakini tutulub

Oğurluq edən Şirvan sakini tutulub
# 29 dekabr 2008 09:17 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Oğurluq edən Şirvan sakini tutulub. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini İrşad Rzayev məlumat verib. Onun sözlərinə görə, dekabrın 28-də Şirvan sakini M. Hüseynzadə küçəsi 32-də yaşayan 1978-ci il təvəllüdlü Məmmədov Namiq Məmməd oğlu Şirvan sakini Şirvan küçəsi 41 ünvanında yaşayan Gülmalıyeva Mirsalat Seyid Əfsər qızının fərdi yaşayış evinə girərək 60 kiloqram yun oğurlayıb. Aparılan axtarış əməliyyat tədbirləri nəticəsində Namiq Məmmədov həbs edilib və onun barəsində cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR