Bank Of Baku

Naməlum şəxs Lənkəranın 4 kəndini işıqsız qoyub

Naməlum şəxs Lənkəranın 4 kəndini işıqsız qoyub
# 29 dekabr 2008 09:26 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranda naməlum şəxs rayonun 4 yaşayış məntəqəsində elektrik enerjisinin iki gün kəsilməsinə səbəb olub. Bu barədə APA-nın cənub bürosuna Lənkəran rayon Paylayıcı Elektrik Şəbəkəsinin direktor əvəzi Etibar Şabanov məlumat verib. Onun sözlərinə görə, naməlum şəxsin rayonun Səpnəkəran kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik xəttinin üzərinə dəmir parçası atması nəticəsində bir neçə transformator sıradan çıxıb. Nəticədə Səpnəkəran, Xolmili, Seydəkəran və Kənarmeşə kəndlərinə elektrik enerjisi verilişində iki günlük fasilə yaranıb. E. Şabanov bildirib ki, şəbəkənin qəza briqadasının səyləri ilə bazar günü bu yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR