Bank Of Baku

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın sakinlərinə dəyən ziyanın məbləği açıqlanıb

Azərbaycan paytaxtında partlayış baş vermiş binanın sakinlərinə dəyən ziyanın məbləği açıqlanıb
# 29 dekabr 2008 09:31 (UTC +04:00)
Nizami rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ərrəhman Həsənov APA-ya bildirib ki, Nazirlər Kabineti partlayış baş vermiş beşmərtəbəli yaşayış binasının üç blokunun sökülərək yenidən inşa edilməsi barədə qərar verib. Nazirlər Kabinetinin qərarında bina sakinlərinə dəymiş ziyanın məbləğinin 122 500 manat təşkil etdiyi də göstərilib. Qərara əsasən, binanın 3 bloku, yəni 45 mənzil tamamilə söküləcək və 9 ay müddətində yenidən inşa edilərək, sakinlərin istifadəsinə veriləcək. Tikinti işləri başa çatanadək sakinlər müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilməsi barədə rayon rəhbərliyinə göstəriş verilib. Komissiya sədri, sözügedən qərarı hələ almadıqlarını də bildirib.

Hazırda sözügedən ərazidə Fövqəladə Hallar Nazirliyi, Bakı şəhər Prokurorluğu və rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri tərəfindən araşdırma işləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 13-də Nizami rayonu, Naxçıvanski, 34 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində binanın iki bloku dağılıb, 3 nəfər ölüb, 5 nəfər isə ağır yaralanıb. İlkin versiyaya görə, partlayışa təmir işləri aparılan 27-ci mənzildə qaz sızması səbəb olub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 222.2-ci (tikinti, mədən və s. işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə ilə əlaqədar bir nəfərin həbs edildiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR