Bank Of Baku

Xızı sakini Sumqayıtda baş verən yol qəzasında ölüb

Xızı sakini Sumqayıtda baş verən yol qəzasında ölüb
# 29 dekabr 2008 10:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Sumqayıt şəhərində baş verən yol qəzasında avtomobilin altında qalan Xızı sakini ölüb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 48-ci kilometrliyində baş verib. Sumqayıt sakini, 1979-cu il təvəllüdlü Elnur Kamil oğlu Quliyev idarə etdiyi “Opel” markalı, 50 BU 380 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, Xızı rayon sakini, 1971-ci il təvəllüdlü Sahib Tapdıq oğlu Abbasovu vurub. Aldığı zərbədən yolun ortasına düşən S. Abbasov daha sonra arxadan gələn, Ramil Həsənovun idarə etdiyi “QAZ-2410” markalı, 09 BE 272 dövlət nömrə nişanlı avtomobilin altında qalıb. S. Abbasov aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR