Bank Of Baku

Millət vəkilləri Tovuzda hərbi hissədə və cəbhəyanı kənddə görüşlər keçiriblər

Millət vəkilləri Tovuzda hərbi hissədə və cəbhəyanı kənddə görüşlər keçiriblər
# 29 dekabr 2008 13:53 (UTC +04:00)
Tovuz. Nəzakət Məşədiəliqızı-APA. Milli Məclisin üzvləri Qənirə Paşayeva və Həvva Məmmədova Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsə olublar. APA-nın qərb bürosunun xəbərinə görə, millət vəkilləri Yeni il qabağı xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər. Daha sonra müğənni Elza Seyidcahan hərbi hissədə konsert proqramı ilə çıxış edib.
Millət vəkilləri həmçinin Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində sakinlərlə görüşüblər. Yeni il münasibəti ilə sakinlərə hədiyyələr təqdim olunub. Ağdam sakinləri Yeni il ərəfəsində kəndin Ermənistan Silahlı Qüvvələri tərəfindən daha intensiv atəşə tutulduğunu deputatların nəzərinə çatdırıblar. Onlar qeyd edib ki, son zamanlar ermənilər kənddəki evlərə, dinc sakinlərə belə, atəş açmaqdan çəkinmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR