Bank Of Baku

Masallıdakı idman klubunda yanğın baş verib

Masallıdakı idman klubunda yanğın baş verib
# 29 dekabr 2008 14:12 (UTC +04:00)
Masallı. Ağəddin Babayev - APA. Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) rayondakı yanğından mühafizə hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, şəhərin Həzi Aslanov küçəsində yerləşən “Cəngavər” İdman Klubunun binasında yanğın baş verib. Yanğının söndürülməsinə iki yanğınsöndürən maşın cəlb olunsa da, klubun 200 kvadratmetrlik ərazisinin 25 kvadratmetri yanaraq yararsız hala düşüb. Şahidlərin sözlərinə görə, yanğın qəfil başlayıb və klubda məşq edən məktəblilər təcili evakuasiya olunub.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR