Bank Of Baku

Millət vəkilləri Azərbaycan telekanallarında mili-mənəvi dəyərlərə, dövlət dilinə münasibətlə bağlı müraciət hazırlayıb

Millət vəkilləri Azərbaycan telekanallarında mili-mənəvi dəyərlərə, dövlət dilinə münasibətlə bağlı müraciət hazırlayıb
# 29 dekabr 2008 14:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin bir qrup xanım deputatı - Məlahət İbrahimqızı (Həsənova), Gültəkin Hacıbəyli və Lalə Abbasova Azərbaycan telekanallarında mili-mənəvi dəyərlərə münasibətlə bağlı mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, millət vəkilləri telekanallarda Azərbaycanın mili-mənəvi dəyərlərinin pozulmasına etirazlarını bildirib, bununla bağlı ictimaiyyətə müraciət hazırladıqlarını deyiblər. Müraciətdə qeyd olunub ki, televiziya kanallarında mənəviyyata zidd, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına mane olan verilişlər yayımlanır, bu isə Azərbaycanın dövlət siyasətinə adekvat deyil.

Millət vəkilləri hesab edirlər ki, televiziya kanallarında mili-mənəvi dəyərlərə, Azərbaycan dilinə olan hörmətsizliyə son qoyulmalıdır. Onlar qeyd ediblər ki, digər deputatların da dəstəklədikləri bu müraciət sabah imzalanacaq və televiziya kanallarına göndəriləcək.

Bu müraciətin xoşməramlı olduğunu vurğulayan xanım deputatlar telekanalların tənqidi fikirləri normal qarşılayacaqlarına ümidvar olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR