Bank Of Baku

Məhkəmə Mirzə Sakitin cəzasının qalan hissəsini çəkməkdən azad olunması barədə müraciətini təmin etməyib

Məhkəmə Mirzə Sakitin cəzasının qalan hissəsini çəkməkdən azad olunması barədə müraciətini təmin etməyib
# 29 dekabr 2008 14:37 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Nərimanov rayon Məhkəməsində “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin cəzasının qalan hissəsinin çəkilməsindən azad edilməsi ilə bağlı müraciətinə baxılıb. Mirzə Sakitin vəkili İsaxan Aşurov APA-ya bildirib ki, hakim Elşanə Vəliyevanı sədrliyi ilə keçirilən prosesdə məhbusun müraciəti təmin olunmayıb. Səbəb olaraq isə Mirzə Sakitin cinayətdə özünü təqsirli bilməməsi və islah olunmaması göstərilib. İ. Aşurov məhkəmənin qərarını obyektiv hesab etmədiyini və M. Sakitin daha yuxarı instansiyalara şikayət etmək hüququnun olduğunu bildirib.

Qeyd edək ki, Mirzə Sakit dekabrın 18-də cəzasının qalan hissəsinin çəkilməsindən azad edilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR