19 il öncə həyat yoldaşını qətlə yetirən Ağcabədi sakini 12 il müddətinə azadlıqdan məhrum edilib
İttiham aktına görə, Tofiq Rüstəmov 1981-ci ildə həmyerlisi Əhməd Hüseynovu öldürməyə cəhd etdiyinə görə həbs olunub və 1988-ci ildə azadlığa çıxıb. Elə həmin il ailə həyatı quran Tofiq Rüstəmov bir il sonra, yəni, 1989-cu il mayın 25-də həyat yoldaşı Alagöz Rüstəmovanı qısqanclıq zəminində azyaşlı qızları Ceyran və Tərlanın gözləri qarşısında balta ilə qətlə yetirib. Bundan sonra o, həyat yoladzaşını qətlə yetirərkən azyaşlı qızı Tərlanın ona mane olmasına əsəbiləşib və qızını da öldürmək qərarına gəlib. Bu məqsədlə o, azyaşlı qızının baş nahiyyəsindən zərbə vurub. Amma azyaşlı qız xəstəxanaya vaxtında çatdırıldığından həyatını xilas etmək mümkün olub. Tofiq Rüstəmovun özü isə qaçıb.
1992-ci ildə mal-qara oğurluq üstündə həbs olunub və Bərdə şəhər Məhkəməsinin hökmü ilə 6 il müddətinə cəza alıb. Tofiq Rüstəmov heç bir sənədinin olmadığını səbəb gətirərək özünü Ermənistanın Spitak şəhərinin sakini Vaqif Kazımov kimi təqdim edib. Həbsindən 3 il sonra əfv fərmanı ilə azadlığa çıxandan sonra Qaradağ rayonunu Qızıldaş qəsəbəsində elə Vaqif Kazımov adı ilə qeydiyyata düşüb və orada yaşamağa başlayıb. Yenidən ailə quran Vaqif Kazımov (Tofiq Rüstəmov) 3 uşaq atasıdır. O, Ağcəbədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu il fevralın 29-da həbs edilib. Onun həbs olunmasına səbəb isə birinci arvadından olan oğlu Ramil olub. Təsadüfən qarşılaşan oğlu Tofiq Rüstəmovu polisə təslim etmək əvəzinə şantaja əl atıb. “Binə” Ticarət Mərkəzində işləyən Tofiq Rüstəmov oğlunun şantajları qarşısında ona əvvəlcə avtomobil alıb və daha sonra ona xeyli pul verib. Lakin Ramil atasını şantaj edərək daha bahalı maşın almasını tələb edib. Tofiq Rüstəmov isə oğlunun bu istəyinindən imtina edib. Ramil atasının 19 il əvvəl törətdiyi cinayət barədə polisə məlumat verib və deyib ki, atası Vaqif Kazımov sənədi ilə Qaradağ rayonunda qeydiyyatdadır. Bu xəbərdən sonra Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar və onu bu il fevraılın 29-da həbs ediblər.
Qeyd edək ki, T. Rüstəmov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə), 120.1-ci (qəsdən adam öldürmə), 320-ci (rəsmi sənədləri, möhürləri, ştampları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Hadisə
Ukraynada daha bir azərbaycanlı həyatını itirib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Xəbər Lenti
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Ukraynada daha bir azərbaycanlı həyatını itirib
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 20-yə çatıb - FOTO - YENİLƏNİB-4
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır