Bank Of Baku

Bu gün bir qrup qadın Bakı-Aeroport şosesini bağlayıb

Bu gün bir qrup qadın Bakı-Aeroport şosesini bağlayıb
# 29 dekabr 2008 16:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Suraxanı rayonu ərazində bir qrup qadın Bakı-Aeroport şosesini bağlayıb. APA-nın məlumatına görə, bu gün saat 17.00 radələrində Suraxanı rayonunun 3-cü mədən adlanan ərazisində, “1001” gecə kafesinin yaxınlığında tikililərin sökülməsinə etiraz edən 50-yə yaxın qadın yolu kəsib. Bir müddət ərazidə nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Sonra isə hadisə yerinə gələn Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları aksiyanı dağıdaraq yolda nəqliyyatın hərəkətini bərpa edə bilib.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Bölmədən bildirilib ki, sözügedən ünvanda qanunsuz tikililərin sökülməsinə etirazını bildirən 40 qadın yolu kəsib. Lakin qısa müddət ərzində aksiyanın qarşısı alınıb və yolda nəqliyyatın hərəkəti tənzimlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR