Bank Of Baku

Azərbaycanın Gəncə şəhərində qardaş bacısını qətlə yetirib

Azərbaycanın Gəncə şəhərində qardaş bacısını qətlə yetirib
# 29 dekabr 2008 20:38 (UTC +04:00)
. Gəncə Şəhər Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin DOS-102 qəsəbəsindəki ev 138, mənzil 23 ünvanında yaşayan 19 yaşlı İsmayıl Abbasəli oğlu Quliyev ailə münaqişəsi zəminində 22 yaşlı bacısı Türkan Abbasəli qızı Əliyevaya bir neçə bıçaq zərbəsi endirib. T. Əliyeva aldığı zərbələrdən yerindəcə keçinib.

Ailə həyatı qurmuş T. Əliyevanı qardaşı İsmayıl ata evinə qonaq çağırır və onunla mübahisə etməyə başlayır. Mübahisəyə səbəb isə İ. Quliyevin bacısının razılığı olmadan ailə qurması olub. Hadisə baş verən zaman bacı-qardaşın nənəsi də evdə olub. Lakin o da mübahisəyə son qoya bilməyib.

Şahidlər APA-ya deyib ki, İ. Quliyev bacısı qətlə yetirəndən sonra bu barədə qonşulara xəbər verib və hadisə yerini tərk edib.

Gəncə Şəhər Polis İdarəsinin apardığı əməliyyat tədbirləri nəticəsində
2 saatdan sonra İsmayıl Əliyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR