Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi saytlara olan kiber-hücuma münasibət bildirib
03 sentyabr 2012 20:21 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.
Onun sözlərinə görə, ermənilər törətdikləri bu qeyri-qanuni əməlləri öz kütləvi informasiya vasitələrində açıq-aşkar etiraf edir və qürrələnirlər: ” Hətta yalan məlumat yayaraq ölkə başçısının saytına müdaxilə olunduğunu da bildirirlər.
Lakin qeyd edirik ki, bu aşkar yalandır və Azərbaycan Respublikası Prezidentinin saytı tamamilə işlək vəziyyətdədir. Sayta olunan bütün həmlələr dəf edilib. Az sayda digər qurumların saytlarına baş vermiş müdaxilələr isə qısa bir zamanda aradan qaldırılır, edilən həmlələrin qarşısının alınması üçün tədbirlər görülür”.
M. Əmirov deyib ki, azərbaycanlılar tərəfindən 30-dək sayta edilmiş müdaxilələr barədə erməni mənbələrinin yaydığı məlumatlar da öz təsdiqini tapmayıb: “Bu öz hərəkətlərinə bəraət qazandırmaq üçün ermənilərin yaydığı növbəti uydurmadır. Təəssüflə qeyd etmək lazımdır ki, ermənilər tərəfindən atılan bu addımlar tamamilə qanunaziddir və şəbəkə vasitəsilə mütəşəkkil hücumlar həyata keçirərək, insanların məlumat almaq, bizneslə məşğul olmaq hüquqlarının məhdudlaşdırılmasıdır, bu isə beynəlxalq normaların pozulması deməkdir”.

Hadisə
Biləsuvarda şagird sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib
18:33
22 may 2024
DYP Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılması barədə müraciət edib
18:31
22 may 2024
Bakıda evdən 125 min mantlıq inşaat materialları oğurlanıb
18:26
22 may 2024
İlkin Süleymanovun cəzasının ağırlaşdırılması istənilib
18:13
22 may 2024