Ombudsman Aparatı 14 saylı cəzaçəkmə müəssisəsində keçirilən aksiya ilə bağlı araşdırma aparıb
13 sentyabr 2012 14:36 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Milli Preventiv Qrupunun (MPM) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinə növbədənkənar başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmənin məqsədi saxlanma şəraitinin və saxlanılan şəxslərlə rəftarın öyrənilməsi, həmçinin sentyabrın 9-da bir qrup məhkumun saxlanma şəraitinə etiraz əlaməti olaraq aksiya keçirmələri ilə bağlı olub. Başçəkmə zamanı cərimə təcridxanasında saxlanılan məhkumlarla söhbət aparılıb. Eyni zamanda ombudsmana müraciət edən, həmçinin seçmə üsulla bir neçə məhkum qəbul edilib. Qəbul edilən məhkumlar arasında hüquq müdafiəçisi Vidadi İsgəndərli və AXCP funksioneri Şahin Həsənov da olub. Qəbul edilən məhkumlarla söhbət zamanı qeyri-qanuni aksiya ilə bağlı məsələlər araşdırılıb.
14 saylı cəzaçəkmə müəssisəsində aparılan araşdırmaların nəticələri ilə bağlı ombudsman məhkumların da təkliflərini nəzərə alaraq ədliyyə, ekologiya və təbii sərvətlər nazirlərinə , Qaradağ rayon İcra Hakimiyyətinin başçısına müraciət edib.
Eyni zamanda araşdırma zamanı məhkumların bir neçəsinin əlillik dərəcəsi almaları üçün Qaradağ rayonunda yerləşən 11 saylı Tibbi Sosial Ekspert Komissiyasına müraciətlərinin nəticəsiz qalması ilə əlaqədar olaraq müvəkkil əmək və əhalinin sosial müdafiəsi nazirinə da müraciət ünvanlayıb.

Hadisə
Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaq
11:14
20 may 2024
Bakıda itkin düşən 21 yaşlı qadın və 49 yaşlı kişi tapılıb
11:02
20 may 2024
Bilgəhdə evdən 8 min manatlıq oğurluq olub
10:55
20 may 2024
FHN: Ötən sutka 22 yanğına çıxış olub, 9 nəfər xilas edilib
10:17
20 may 2024