Ağdamda mağazadan oğurluq etmiş şəxslər yaxalanıb
21 oktyabr 2012 14:37 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları həmkəndlilərinin mağazasından oğurluq etmiş rayon sakinlərini yaxalayıb. Ağdam RPŞ-dən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Xındırıstan kənd sakini Fərzəliyev Natiq Musa oğluna məxsus mağazadan oğurluq edildiyi haqda daxil olan məlumat əsasında yaradılan əməliyyat-axtarış qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində məlum olub ki, sözügedən ticarət obyektindən 4 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və 142 manat oğurlamış şəxslər elə həmin kəndin sakinləridir.
Oğurluqda təqsirləndirilən 1991-ci il təvəllüdlü İsmayılov Vaqif Vasif oğlu və 1992-ci ildə anadan olmuş İsgəndərov Vüqar Afər oğlu törətdikləri əməli etiraf ediblər.
Onların üzərlərinə və yaşadıqları ünvana keçirilən baxış zamanı oğurladıqları qızıl üzüklər və boyunbağı, həmçinin 20 manat maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.

Hadisə
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
22:58
19 may 2024
Göyçayda yol qəzası baş verib, xəsarət alan var - FOTO
19:32
19 may 2024
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
18:58
19 may 2024
Ağsuda yol çöküb, avtomobillərin hərəkətində problem yaranıb
16:12
19 may 2024