Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantını maşın vurub
![Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantını maşın vurub](https://apa.az/storage/news/2012/october/31/big/blank.jpg)
Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib.
Hadisə Şərifzadə küçəsində baş verib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin qərargah rəisinin müavini, polkovnik-leytenant İslam Abdullayev yolu keçmək istəyərkən “Tofaş” markalı avtomobil onu vurub. Ağır bədən xəsarətləri alan zabit ilkin olaraq Klinik Tibbi Mərkəzə, oradan da hərbi hospitala yerləşdirilib. Zabitin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.