Bank Of Baku

Azərbaycanda HİV virusuna yoluxan 1007 nəfərdən 111-i ölüb

Azərbaycanda HİV virusuna yoluxan 1007 nəfərdən 111-i ölüb
# 14 dekabr 2006 13:41 (UTC +04:00)
“Azərbaycanda 1007 nəfər HİV virusuna yoluxub. Onların 953-ü Azərbaycan, 54-ü xarici vətəndaşdır. Həmin xəstələrin 111-i artıq vəfat edib”. APA-nın xəbərinə görə, bu məlumatı Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin HİV/QİÇS layihəsinin koordinatoru Şaban Şayev verib. Onun sözlərinə görə, HİV-ə yoluxanların 805-i kişi, 148-i qadındır. Onların 56,7 faizi venadaxili narkotiklərdən istifadə edərkən, 21,3 faizi isə seksual əlaqə zamanı HİV-ə yoluxub. Xəstələrin 21,2 faizinin yoluxma mənbəyi isə bilinmir. Ş. Şayev deyib ki, Azərbaycan Qırmızı Aypara Cəmiyyəti 2001-ci ildən HİV-lə mübarizəyə başlayıb. Həmin vaxt 6 rayonda HİV-lə bağlı iş aparan təşkilatın tədbirləri artıq bütün rayonlarda həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR