Bank Of Baku

QAT-ın təşəbbüsü ilə mətbuat vasitələri arasında ”Qarabağ harayı” müsabiqəsi keçirilir

QAT-ın təşəbbüsü ilə mətbuat vasitələri arasında ”Qarabağ harayı” müsabiqəsi keçirilir
# 14 dekabr 2006 15:51 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə mətbuat vasitələri arasında ”Qarabağ harayı” müsabiqəsi keçirilir. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd KİV-in Qarabağ məsələsinə daha çox diqqət ayırmasına, problemin gündəmdə saxlanılmasına və obyektiv ictimai rəyin formalaşdırılmasına nail olmaqdan ibarətdir. Qaliblərin təqdimat mərasimi 2007-ci il yanvarın 26-da olacaq. Müsabiqəyə son 1 il ərzində dövri mətbuatda dərc olunan yazılar təqdim oluna bilər. Müsabiqədə “Qarabağın tarixi və mədəniyyəti”, “Qarabağ müharibəsinin tarixi”, “Erməni terrorizmi”, “Münaqişənin həlli yolları”, “Qaçqın və köçkün həyatı”, “Qarabağ məsələsini daim gündəmdə saxlayan telekanal”, “Qarabağ məsələsini daim gündəmdə saxlayan radio”, “Qarabağ məsələsini daim gündəmdə saxlayan informasiya agentliyi”, “Qarabağ məsələsini daim gündəmdə saxlayan qəzet”, “Qarabağ məsələsini daim gündəmdə saxlayan jurnal” nominasiyaları üzrə qaliblər müəyyən ediləcək. Müsabiqədə iştirak etmək istəyənlər 2007-ci il yanvarın 15-nə qədər Təşkilat Komitəsinə müraciət edə bilərlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR