Bank Of Baku

Ombudsman Elmira Süleymanova Müstəqil Azərbaycan Universitetinin aclıq edən tələbələri ilə bağlı prezident İlham Əliyevə müraciət edib

Ombudsman Elmira Süleymanova Müstəqil Azərbaycan Universitetinin aclıq edən tələbələri ilə bağlı prezident İlham Əliyevə müraciət edib
# 14 dekabr 2006 16:03 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Müstəqil Azərbaycan Universitetinin aclıq aksiyası keçirən tələbələri ilə görüşüb. Bu barədə APA-ya məlumat Ombudsman Aparatından daxil olub. Məlumata görə, görüşdən sonra E. Süleymanova Səhiyyə Nazirliyinə müraciət edərək, aksiya iştirakçılarına müntəzəm şəkildə tibbi yardım göstərilməsini xahiş edib. Ombudsman həmçinin tələbələrin təhsil hüquqlarının bərpası məqsədilə ona ünvanladıqları müraciəti araşdırmaq üçün təhsil naziri M.Mərdanovla da görüşərək problemi müzakirə edib. Müvəkkil Binəqədi Rayon Məhkəməsinə müraciət edərək məsələ ilə bağlı keçiriləcək işə süründürməçiliyə yol verilmədən baxılmasını tövsiyə edib. E. Süleymanova bu məsələ ilə əlaqədar Azərbaycan prezidentinə də müraciət edib. Müraciətdə Müstəqil Azərbaycan Universitetinin rektoru tərəfindən yol verilən qanun pozuntuları və saxtakarlıq səbəbindən 2-ci kurs tələbələrinin problemlərinin həll olunmadığı, çoxsaylı tələbələrin təhsildən kənarda qaldığı, onların bu ilin 14 noyabrından aclıq aksiyasına başladıqları bildirilib. E. Süleymanova dövlət başçısından baş verənlərin uzun müddət cəmiyyətdə narahatlıq doğurduğunu və tələbələrin səhhətinin kəskin şəkildə pisləşməsini nəzərə alaraq onların hüquqlarının bərpa olunması istiqamətində yardımçı olmağı xahiş edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR