Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları Xələc qəsəbəsindəki 5 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları Xələc qəsəbəsindəki 5 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər
# 14 dekabr 2006 16:03 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonu Xələc qəsəbəsindəki 5 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər. Bu barədə APA-ya Ombudsman Aparatından məlumat daxil olub. Məlumata görə, Müvəkkil Aparatının əməkdaşları cəzaçəkmə müəssisəsində apardıqları söhbət zamanı məhkumlar onlara qarşı zorakılıq hallarına və insan ləyaqətini alçaldan münasibətə yol verilmədiyini bildiriblər. Ombudsmanın nümayəndələri məhkumlarla görüş zamanı müəyyən edilən bəzi nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə müvafiq tövsiyələr veriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR