Bank Of Baku

Dağıstan məhkəməsinin hökmü ilə Azərbaycanda həbs olunmuş “Əl-Qaida” üzvü Qadji Çankayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Dağıstan məhkəməsinin hökmü ilə Azərbaycanda həbs olunmuş “Əl-Qaida” üzvü Qadji Çankayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
# 14 dekabr 2006 16:08 (UTC +04:00)
Dünən Dağıstan şəhər Məhkəməsində Bakıda həbs olunmuş Qadji Çankayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu haqda APA-ya Q.Çankayevin vəkili Elman Osmanov məlumat verib. Məhkəmənin hökmü ilə Q.Çankayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vəkil Q.Çankayevin dekabrın 19-da Bakıda keçiriləcək məhkəməyə gətirilməyəcəyini deyib.
Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanı tərəfindən əvvəlcə Q.Çankayevə qarşı 2002-ci ilin mayında Dağıstanda çoxsaylı insan ölümü ilə nəticələnən terror aktında iştirak etməsi ilə əlaqədar ittiham irəli sürülsə də, sonradan o, qanunsuz birləşmələrin tərkibində iştirak etmək və odlu silah saxlamaqda ittiham olunub.
Dekabrın 19-da isə Azərbaycan Ali Məhkəməsində hakim Müzəffər Ağazadənın sədrliyi ilə Q.Çankayevin də üzvü olduğu dəstənin üzvləri barəsində çıxarılmış hökmdən verilmiş kassasiya şikayətinə baxılacaq. Q.Çankayev Azərbaycan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyanın Baş Prokurorluğunun müraciətindən sonra Rusiyaya ekstradisiya edilən Q.Çankayevin də daxil olduğu Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət dəstə üzvlərinin əksəriyyəti dini təmayüllü təşkilatların, o cümlədən “Əl-Qaida”nın üzvü olub, Gürcüstan ərazisində, Pankisidəki düşərgələrdə təlim keçib. Banda üzvləri terror əməlləri törətməkdə, qanunsuz yolla silah-sursat əldə etmək və gəzdirməkdə, ötən ilin iyulunda Bakıda, 3-cü mikrorayon dairəsində Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Mövlan Əlibəyovu qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR