Bank Of Baku

Tovuzun Hacallı kənd orta məktəbində şagirdlərin kütləvi şəkildə hepatit virusuna yoluxması faktı ilə bağlı araşdırma aparılıb

Tovuzun Hacallı kənd orta məktəbində şagirdlərin kütləvi şəkildə hepatit virusuna yoluxması faktı ilə bağlı araşdırma aparılıb
# 15 dekabr 2006 08:35 (UTC +04:00)
Tovuz rayon gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları rayonun Hacallı kənd orta məktəbində şagirdlərin kütləvi şəkildə hepatit virusuna yoluxması ilə bağlı faktı araşdırıblar. Araşdırma zamanı hepatitə yoluxduğu iddia edilən şagirdlərin bir qisminin adi soyuqdəymədən xəstələndiyi aşkarlanıb. Bu barədə APA-nın Qərb bürosuna Tovuz rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Arifə Ağayeva məlumat verib. Onun sözlərinə görə, Hacallı kənd orta məktəbində yalnız bir neçə şagirdin hepatit virusuna yoluxması təsdiqlənib ki, bu virusun yayılmasının qarşısını almaq üçün də müvafiq tədbirlər görülüb. Qeyd edək ki, Tovuzun Hacallı kənd orta məktəbində şagirdlərin kütləvi şəkildə hepatit virusuna yoluxması halı dekabrın əvvəllərində qeydə alınıb. Məktəb direktoru Xədicə Qurbanovanın APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hepatit virusuna yoluxanların dördü VIII-IX sinif, digərləri isə aşağı siniflərin şagirdləridir. Hepatit virusunun yayılmasının qarşısını almaq üçün bu virusa yoluxmuş şagirdlərin oxuduğu siniflər dezinfeksiya edilib. Bundan başqa virusun yayılmasının qarşısını almaq üçün 546 məktəb şagirdi peyvənd olunub. Qərb bürosuna Tovuz rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Arifə Ağayeva isə bildirib ki, hepatitə yoluxduğu güman edilən şagirdlərin əksəriyyəti adi soyuqdəymə nəticəsində xəstələnib və bununla bağlı təşvişə düşməyə ehtiyac yoxdur. O, ümumiyyətlə 2006-cı ildə Tovuz rayonunda hepatit virusuna yoluxma hallarının ötən ilə nisbətən azaldığını qeyd edib. Arifə Ağayevanın sözlərinə görə, ötən il rayonda 22 hepatit virusuna yoluxma halı baş veribsə, bu il 17 analoji fakt qeydə alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR