Bank Of Baku

Azərbaycan konsulluqlarının məsul əməkdaşlarının birinci müşavirəsi başa çatıb

Azərbaycan konsulluqlarının məsul əməkdaşlarının birinci müşavirəsi başa çatıb
# 15 dekabr 2006 09:05 (UTC +04:00)
11-14 dekabrda Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının konsulluqlarının məsul əməkdaşlarının birinci müşavirəsi keçirilib. XİN Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, müşavirədə 37 ölkədəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərən konsulluq məsələləri üzrə məsul əməkdaşlar iştirak ediblər. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər dövlət orqanlarının nümayəndələrinin iştirak etdiyi müşavirədə konsulluq fəaliyyətinə dair həlli vacib məsələlərlə bağlı müzakirələr aparılıb və adı çəkilən nazirliklərin nümayəndələri tərəfindən xarici ölkələrdə yaşayan vətəndaşlarımıza konsulluq xidməti sahəsində göstərilən hüquqi yardımın daha da təkmilləşdirilməsi üçün tövsiyə xarakterli çıxışlar səslənib. İşgüzar şəraitdə keçən müşavirənin nəticəsi olaraq vətəndaşlara hüquqi yardım göstərilməsi sahəsində görülən işləri daha da təkmilləşdirmək üçün Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müvafiq əlavə və dəyişikliklərin edilməsi barədə müxtəlif təkliflər irəli sürülüb. Konsulluq idarəsi tərəfindən konsullarımıza gündəlik fəaliyyətində istifadə etmələri üçün konsulluq xidməti sahəsində Azərbaycan Respublikasının mövcud hüquqi-normativ aktları ümumiləşdirərək elektron formatında təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR