Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə rayonda Yanğından Mühafizə hissələrinin yeni binalarının açılışı olub

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə rayonda Yanğından Mühafizə hissələrinin yeni binalarının açılışı olub
# 15 dekabr 2006 09:08 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin hərbi və təhlükəsizlik məsələləri üzrə müşaviri Vahid Əliyev və Sabunçu rayon rəhbərliyi iştirak edib. Mərasimdən sonra yeni binaya, yanğınsöndürmə texnikasına və yeni geyim formalarına baxış keçirilib.
Daha sonra FHN DYMX Xətai rayon Yanğından Mühafizə Hissəsinin əsaslı təmir olunmuş binasının açılış mərasimi keçirilib. Açılışdan sonra binaya və yanğınsöndürənlərin yeni geyim formalarına baxış keçirilib, yeni alınmış 5 ədəd “KamAZ” markalı yanğınsöndürən maşın təqdim olunub.
Bu gün FHN DYMX Nizami Rayon Yanğından Mühafizə Hissəsinin də əsaslı təmir olunmuş binasının açılış mərasimi keçirilib. Burada da binaya və yanğınsöndürənlərin yeni geyim formalarına baxış keçirilib, yeni alınmış 3 ədəd “KamAZ” markalı yanğınsöndürən maşın təqdim edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR