Bank Of Baku

Noyabrda Təbiəti Mühafizə Ehtiyat Fonduna 1297 manat 04 qəpik vəsait daxil olub

Noyabrda Təbiəti Mühafizə Ehtiyat Fonduna 1297 manat 04 qəpik vəsait daxil olub
# 15 dekabr 2006 09:17 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə vurulan ziyanın qarşısını almaq üçün Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər rayonlarında yoxlama və reydlər keçirib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Yoxlamalar zamanı aşkarlanan qanun pozuntuları ilə bağlı 13 akt, 9 protokol tərtib edilib və 4 fiziki şəxs tərəfindən 104 manat 50 qəpik məbləğində cərimənin ödənilməsi təmin olunub. Bundan əlavə, məhkəmə icraçılarına göndərilən işlərdən 2-si üzrə 66 manat cərimə məbləği ödənilib. Ümumilikdə noyabr ayında Təbiəti Mühafizə Ehtiyat Fonduna 1297 manat 04 qəpik vəsait daxil olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR