Bank Of Baku

Rusiya Qadji Çankayevi Azərbaycana qaytarmaq barədə öhdəlik götürüb

Rusiya Qadji Çankayevi Azərbaycana qaytarmaq barədə öhdəlik götürüb
# 15 dekabr 2006 09:18 (UTC +04:00)
Dağıstan şəhər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Qadji Çankayev Azərbaycana təhvil veriləcək. Bu barədə APA-ya Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib. V.Əliyev deyib ki, Rusiya Q.Çankayevi qaytarmaq barədə öhdəlik götürüb: “Qadji Çankayev yalnız Azərbaycandakı cəzasını çəkəndən sonra Rusiyaya veriləcək. Onun dekabrın 19-da Azərbaycanda keçiriləcək məhkəməyədək təhvil verilib-verilməyəcəyi isə məluma deyil”.
Qeyd edək ki, Bakıda həbs olunmuş Q.Çankayev Azərbaycan Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Rusiyanın Baş Prokurorluğunun müraciətindən sonra Rusiyaya ekstradisiya edilən Q.Çankayevin də daxil olduğu Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət dəstə üzvlərinin əksəriyyəti dini təmayüllü təşkilatların, o cümlədən “Əl-Qaida”nın üzvü olub, Gürcüstan ərazisində, Pankisidəki düşərgələrdə təlim keçib. Banda üzvləri terror əməlləri törətməkdə, qanunsuz yolla silah-sursat əldə etmək və gəzdirməkdə, ötən ilin iyulunda Bakıda, 3-cü mikrorayon dairəsində Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Mövlan Əlibəyovu qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunurlar. Dekabrın 19-da isə Azərbaycan Ali Məhkəməsində hakim Müzəffər Ağazadənın sədrliyi ilə Q.Çankayevin üzvü olduğu dəstənin üzvləri barəsində çıxarılmış hökmdən verilmiş kassasiya şikayətinə baxılacaq. Bakıda həbs olunmuş Q.Çankayevə qarşı Rusiyanın hüquq-mühafizə orqanı tərəfindən əvvəlcə 2002-ci ilin mayında Dağıstanda çoxsaylı insan ölümü ilə nəticələnən terror aktında iştirak etməsi ilə əlaqədar ittiham irəli sürülsə də, sonradan o, qanunsuz birləşmələrin tərkibində iştirak etmək və odlu silah saxlamaqda ittiham olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR