2005-ci ildə Azərbaycanda 26 min uşaq rəsmi nikahda olmayan ailələr tərəfindən dünyaya gətirilib
15 dekabr 2006 11:56 (UTC +04:00)
“Təəssüf ki, alkoqolizm xəstəliyi gənclər arasında geniş yayılıb. Azərbaycanda bu xəstəliyə düçar olanların hər 4 nəfərindən biri gəncdir”. APA-nın xəbərinə görə, bu sözləri Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafında gənclərin rolu” mövzusunda keçirilən elmi-praktik konfransdakı çıxışında deyib. Gənclərin 25 faizinin siqaret çəkdiyini bildirən A. Vəliyev cinayət törədən gənclərin sayının getdikcə azaldığını söyləyib. O, əhalinin 1/3-ni 18-34 yaşlı gənclərin təşkil etdiyini, 2005-ci ildə ölkədə doğulmuş 141 min 901 uşağın 129 min 45 nəfərinin, yəni 91%-nin valideyninin gənc ata-analar olduğunu açıqlayıb: “Ancaq təəssüflər olsun ki, 2005-ci ildə 26 min uşaq rəsmi nikahda olmayan ailələr tərəfindən dünyaya gətirilib. Gənc ailələr arasında boşanma halı 40% təşkil edib”. A. Vəliyevin sözlərinə görə, indiyə kimi 182 nəfər gəncə ipoteka krediti verilib. Bu krediti alanların orta yaşı 33-dür. Kompüterdən istifadə edənlərin 77 faizi, internetdən istifadə edənlərin 80 faizi, mobil telefonu olanların isə 60 faizi gəncdir. /APA/
Hadisə
Bakıda gənc qızı avtomobil vurub
02:22
3 may 2024
Bakıda avtomobil qadını vuraraq ağır vəziyyətə salıb
01:17
3 may 2024
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024