Qobustan qapalı həbsxanasında baş vermiş yanğın zamanı dünyasını dəyişmiş ömürlük məhkum Mahir Mustafayevin ölümü ilə bağlı araşdırma aparılıb
15 dekabr 2006 12:16 (UTC +04:00)
Bir neçə gün öncə Qobustan qapalı həbsxanasında baş vermiş yanğın zamanı dünyasını dəyişmiş ömürlük məhkum Mahir Mustafayevin ölümü ilə bağlı Ədliyyə Nazirliyi yanında İctimai Komitənin nümayəndələri araşdırma aparıblar. Komitənin üzvü Çingiz Qənizadə APA-ya açıqlamasında bildirib ki, Qobustan həbsxanasında həmin məhkumun saxlandığı kameraya baxış keçiriblər, onun hansı şəraitdə yandığını, məhkumun şəxsiyyətini öyrəniblər: “Məhkumlarla təkbətək görüşlərdə Mahir Mustafayevin ölümü ilə bağlı onlardan soruşduq. Məhkumlar bildirdilər ki, həmin məhkumun xəstəliyi olub, hadisə də onun ehtiyatsızlığı səbəbindən baş verib. Siqaret çəkərkən halı pisləşib və siqaret közündən yanğın baş verib.” Ç. Qənizadə məhkuma işgəncə verilərək öldürülməsi ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. Qeyd edək ki, M. Mustafayev tanışının mənzilinə soyğunçuluq məqsədilə hücum edib. Mənzili qarət edəndən sonra evə od vurub. Ev sahibi və onun hamilə həyat yoldaşı yanğın zamanı faciəli şəkildə həlak olub. /APA/
Hadisə
Goranboyda inzibati binadan oğurluğa görə mühafizəçi saxlanılıb
17:41
6 may 2024
Naxçıvanın sabiq komitə sədrinin məhkəməsi başlayır
15:55
6 may 2024
Anasını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı tamamlanıb
15:53
6 may 2024
Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
15:24
6 may 2024