Rusiya xüsusi xidmət orqanlarına casusluq etməkdə təqsirləndirilən Azərbaycan Ordusunun zabiti Pyotr Moçalovun məhkəməsi başlayıb
15 dekabr 2006 13:19 (UTC +04:00)
Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Hakim İsgəndər Hacıyevin sədrliyi ilə qapalı keçirilən prosesdə ittiham aktı elan edilib. Qeyd edək ki, dövlətə xəyanətdə ittiham olunan P. Moçalov maddi gəlir əldə etmək məqsədilə Azərbaycanın hərbi və dövlət sirlərini Rusiyaya verib. 1961-ci ildə Bakıda anadan olmuş P. Moçalov keçmiş SSRİ ordusunda xidmət edib. Hərbi təhsilini Sankt-Peterburqda alalan Moçalov 1992-ci ildən Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. 1998-ci ildə isə kapitan rütbəsi ilə ehtiyata buraxılıb. Araşdırmalar nəticəsində onun Naxçıvanda yerləşən “N” saylı hərbi hissənin qərargah rəisinin köməkçisi işləyərkən hər birinin müqabilində 300-400 dollar aldığı məlumatları Rusiya tərəfə ötürdüyü müəyyənləşib. Pyotr Moçalov ötən ilin oktyabrında həbs olunub. Məhkəmə prosesi davam edir. /APA/
Hadisə
Təcili yardım Masallı xəstəxanasının sabiq direktorunu məhkəməsinə xərəkdə gətirib - FOTO
12:33
29 may 2024
Bakı Bulvarında 43 kanalizasiya quyusundan oğurluq edilib
11:41
29 may 2024
FHN: Ötən sutka 44 yanğına çıxış olub, 5 nəfər xilas edilib
10:50
29 may 2024
AzTV-nin sabiq sədrinə qarşı sui-qəsddə təqsirləndirilən şəxslər barədə qərar verilib
10:45
29 may 2024