Bank Of Baku

Son illər ərzində milli neft sektorunda 5, xarici şirkətlərdə isə 2 Azərbaycan vətəndaşı iş prosesi zamanı dünyasını dəyişib

Son illər ərzində milli neft sektorunda 5, xarici şirkətlərdə isə 2 Azərbaycan vətəndaşı iş prosesi zamanı dünyasını dəyişib
# 15 dekabr 2006 15:15 (UTC +04:00)
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının təşəbbüsü ilə “İşçilərin əmək hüquqlarının müdafiəsində həmkarlar ittifaqının rolu” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, təşkilatın rəhbəri M. Qəhrəmanlı son illər ərzində milli neft sektorunda 5, xarici şirkətlərdə 2 nəfər Azərbaycan vətəndaşının iş prosesi zamanı öldüyünü, onlarla adamın isə müxtəlif dərəcəli xəsarət aldığını deyib. O bildirib ki, özəl və hökumət müəssisələrində fəaliyyət göstərən həmkarlar təşkilatları nəzərdə tutulan işləri görməkdən yayınırlar. M. Qəhrəmanlı əsasən özəl şirkətlərdə bu sahədə Azərbaycan qanunlarının pozulduğunu da söyləyib: “Yerli həmkar təşkilatlarının nizamnaməsi yoxdur. Bu təşkilatların sədrləri müəssisə rəhbərinin iş otağında seçildiyindən, həmkarlarının hüquqlarını müdafiə etmirlər. Nəticədə işəgötürən işçini istədiyi şəkildə istismar edir və mövcud həmkarlar ittifaqları lazımsız quruma çevrilir. Bu səbəbdən də demokratik seçki yolu ilə ölkənin bütün müəssisələrində həmkarlar təşkilatları yaradılmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR