Bank Of Baku

Hüsain Abdulvahabov: “Məhkəmə Hacı Məmmədovun dediklərinin nəzərə almamalıdır, çünki, o mənə qarşı ifadə verməkdə maraqlıdır”

Hüsain Abdulvahabov: “Məhkəmə Hacı Məmmədovun dediklərinin nəzərə almamalıdır, çünki, o mənə qarşı ifadə verməkdə maraqlıdır”
# 15 dekabr 2006 16:17 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən Mehman Həsənov son söz deyib: “Məhkəmə başlayandan bu günədək səmimi və günahsız olduğumu sübut etməyə çalışmışam. Amma dövlət ittihamçılarının çıxışından sonra məlum oldu ki, onları səmimi olmağıma inandıra bilməmişəm. Bu, dövlət ittihamçılarının günahı deyil, onları qınamıram. Xahiş edirəm, ədalətli hökm çıxarasınız”. Sonra təqsirləndirilən Husain Abdulvahabov son sözündə məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib: “Heç bir cinayətdə iştirak etməmişəm. Məhkəmədə verilən ittihamlar üzrə sübutlar təsdiq edilmədi. Əməllərimdə cinayət tərkibi olmadığından və mötəbər sübutlar olmadığından mənə bəraət hökmü verilməlidir. Dövlət ittihamçılarının barəmdə istədikləri cəzaya etiraz edirəm. Mənə verilən ittihamlar Hacı və Aslanbek Çintamirovun ifadələri əsasında tərtib edilib. Ancaq Hacının dedikləri nəzərə alınmamalıdır, çünki o, mənə qarşı ifadə verməkdə maraqlıdır”. Bundan sonra zamində olan təqsirləndirilən şəxslər Aqil Hüseynov, Azər Əliyev və İbrahim Bağırov son söz deyiblər. Onlar dövlətə vurulan ziyanı məhkəmənin hesabına depozit kimi köçürdüklərini bildiriblər. Təqsirləndirilən şəxslər son sözlə çıxış etdikdən sonra hakimlər müşavirə keçiriləcəyini bildiriblər. Məhkəmənin növbəti iclasının tarixi hələ dəqiqləşməyib. Qeyd edək ki, növbəti iclasda təqsirləndirilən şəxslərə hökm oxunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR