Bank Of Baku

Beynəlxalq Miqrasiya Təşkilatının Fövqəladə Evakuasiya Fondu yaradılacaq

Beynəlxalq Miqrasiya Təşkilatının Fövqəladə Evakuasiya Fondu yaradılacaq
# 18 dekabr 2006 09:50 (UTC +04:00)
Dekabrın 18-i Beynəlxalq Miqrant Günüdür. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, qurumun baş direktoru Branson Makkinli bu münasibətlə etdiyi çıxışında bildirib ki, miqrantların yaşadıqları və işlədikləri ölkələrin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verdiklərini danmaq olmaz: “Buna görə də onların təhlükəsizliyinə və rifahına da adekvat münasibət olmalıdır. Miqrantlara yardım tez, təhlükəsiz və razılaşdırılmış qaydada göstərilməlidir”. Baş direktor deyib ki, bəzi hökumətlər, BMT-nin tərəf-müqabilləri və QHT-lər köməyə daha çox ehtiyacı olan miqrantları ərzaq, tibbi yardım, tranzit zamanı sığınacaq, konsulluq yardımı və evakuasiyadan əvvəl qeydiyyat məsələləri ilə təmin etmək məqsədilə Fövqəladə Evakuasiya Fondunun yaradılması üçün BMqT-yə müraciət ediblər: “Biz bunu dərhal etməliyik ki, növbəti konflikt yaranan zaman ilk gündən miqrantlara yardım etməyə hazır olaq. Beynəlxalq ictimaiyyətin dəstəyi isə növbəti addımdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR