Bank Of Baku

Gəncənin beş orta ümumtəhsil məktəbində karantin elan olunub

Gəncənin beş orta ümumtəhsil məktəbində karantin elan olunub
# 18 dekabr 2006 09:51 (UTC +04:00)
Gəncənin beş orta ümumtəhsil məktəbində karantin elan olunub. Gəncənin baş epidemioloqu Almaz Tomiyevanın APA-nın Qərb bürosuna verdiyi məlumata görə, 2, 13, 36, 40 və 42 saylı orta məktəblərdə karantinin elan olunmasının səbəbi bu təhsil müəssisələrində hepatit A virusunun kütləvi yayılmasıdır. A. Tomiyavanın sözlərinə görə, 36 saylı orta məktəbdə 7, 13 saylı məktəbdə 5, 40 saylı məktəbdə isə 3 nəfər, 2 saylı orta məktəbdə 2, 42 saylı məktəbdə isə 2 şagird hepatit A virusuna yoluxub. Baş epidemioloq onu da əlavə edib ki, karantinlə əlaqədar bu məktəblərə yeni şagirdlərin gəlişi qadağan olunub. Burada fəaliyyət göstərən bufetlər möhürlənərək bağlanıb. Hazırda məktəblərin dezinfeksiya olunması prosesi gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR