Bank Of Baku

TÜRKSOY-un baş direktoru ilə bağlı məsələ bu gün axşam saatlarında müzakirə olunacaq

TÜRKSOY-un baş direktoru ilə bağlı məsələ bu gün axşam saatlarında müzakirə olunacaq
# 19 dekabr 2006 12:39 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankarada TÜRKSOY-un Daimi Şurasının dünən başlayan 23-cü iclası öz işini davam etdirir. Bunu APA-ya açıqlamasında TÜRKSOY nəzdində Azərbaycanın daimi təmsilçisi Elmira Əliyeva deyib. Onun sözlərinə görə,
dünən toplantının rəsmi açılış mərasimi keçirilib. Dünən başlanan müzakirələr bu gün də davam etdirilib: “Bu gün TÜRKSOY-un rəsm sərgisinin açılışı oldu. Bundan başqa, Türkiyə Böyük Millət Məclsiinin sədri Bülənt Arınc, baş nazir müavini, xarici işlər naziri Abdullah Gül, mədəniyyət və turizm naziri Atilla Koç türkdilli ölkələrin mədəniyyət nazirlərini qəbul etdi”. E. Əlyeva bildirib ki, TÜRKSOY-un baş direktor vəzifəsinə seçkilərlə bağlı məsələ günün ikinci yarısında müzakirəyə çıxarılacaq: “Hələ indiyə qədər bu məsələ müzakirə edilməyib. Məsələnin fasilədən sonra müzakirə olunması nəzərdə tutulub. Bu gün yerli vaxtla saat 20:00-da toplantı başa çatacaq. Toplantının sonunda deklorasiya imzalanacaq. Qəbul olunmuş qərarlar açıqlanacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR