Bank Of Baku

Gəncədəki hərbi hissədə baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən biri hələ də komadadır

Gəncədəki hərbi hissədə baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən biri hələ də komadadır
# 19 dekabr 2006 13:54 (UTC +04:00)
Noyabrın 16-da Müdafiə Nazirliyinin (MN) Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən daha birinin vəfat etməsi barədə məlumat doğru deyil. Bu barədə APA-ya MN-in mətbuat xidmətindən bildirilib. APA-nın Qərb bürosunun məlumatında isə bildirilir ki, yaralı əsgərlərdən ikisinin vəziyyəti ağır olsa da, özünə gəlib. Başından yaralanmış əsgər hələ də koma vəziyyətindədir. Qeyd edək ki, Şəki şəhər Hərbi Komisarlığından Hərbi xidmətə çağırılan əsgər Fuad Şamil oğlu Həsənov noyabrın 16-da AK-74 markalı avtomatla 4 əsgəri güllələyib və hərbi hissəni tərk edib. Yaralanmış əsgərlər - Ceyhun Mikayılov (Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb), Elçin Məmmədov, Vüqar Məmmədov (Bakıdan hərbi xidmətə çağırılıblar) və Vüsal Seyidov (Ağdam Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb) Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilib. C. Mikayılov aldığı xəsarətdən hospitalda keçinib. F. Həsənov isə hadisədən üç saat sonra qohumlarının evində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə başlanmış cinayət işi Gəncə şəhər Hərbi Prokurorluğundan alınaraq Respublika Hərbi Prokurorluğuna verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR