Bank Of Baku

Dövlət Meşə Fonduna 36000 AZN məbləğində ziyan vurulub

Dövlət Meşə Fonduna 36000 AZN məbləğində ziyan vurulub
# 19 dekabr 2006 13:57 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz yolla əldə edilmiş palıd cinsindən hazırlanmış 100 kub metr həcmində ağac materialı aşkarlayıb. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Araşdırma zamanı məlum olub ki, qanunsuz ağac materialı Binəqədi rayonu Biləcəri şosesi-8 ünvanında fiziki şəxs Faiq İbrahimovun icarəyə götürdüyü sexdə yerləşdirilib. Ağacların qanunsuz yolla əldə edilməsi nəticəsində Dövlət Meşə Fonduna 36000 AZN məbləğində ziyan vurulub. Faktla bağlı müvafiq qaydada sənədləşmə aparılıb və materiallar Respublika Prokurorluğuna təqdim edilib. Baş Prokurorluqda faktla bağlı AR Cinayət Məcəlləsinin 259 (qanunsuz ağac kəsmə), 194.2.4 (bilə-bilə cinayət yolu ilə külli miqdarda əldə edilmiş əmlakı alma və ya satma) maddələri ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR