Bank Of Baku

Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmış Eldar Qurbanovun apellyasiya şikayəti təmin olunmayıb

Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmış Eldar Qurbanovun apellyasiya şikayəti təmin olunmayıb
# 19 dekabr 2006 14:01 (UTC +04:00)
Bu gün Apellyasiya Məhkəməsində hakim İsmayıl Vəliyevin sədrliyi ilə Vəkillər Kollegiyasının (VK) üzvlüyündən çıxarılmış Eldar Qurbanovun şikayəti üzrə proses keçirilib. E. Qurbanov APA-ya bildirib ki, prosesdə hakimlərə etiraz verib. Məhkəmə etirazı süründürməçilik kimi qiymətləndirərək qəbul etməyib. Qərarın qərəzli, qeyri-obyektiv olacağını iddia edən vəkil prosesdə iştirak etməkdən imtina edib. Məhkəmə şikayətə E. Qurbanovun iştirakı olmadan baxaraq şikayəti təmin etməyib və Binəqədi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, VK Rəyasət Heyətinin 31 mart 2006-cı il tarixli qərarı ilə E. Qurbanovun vəkillik fəaliyyətinə xitam verilib. E. Qurbanov isə Binəqədi Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi verərək ona dəyən maddi-mənəvi ziyanın ödənilməsini, VK-nın məlum qərarına məhkəmə tərəfindən baxılanadək vəkillik fəaliyyətinin davam etdirilməsini xahiş edib. Məhkəmə onun iddiasını təmin etməyib. Qərardan apellyasiya şikayəti verilib və Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. VK-nın kassasiya şikayətinə baxan Ali Məhkəmə işə Apellyasiya Məhkəməsində yenidən baxılması barədə qərar qəbul edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR