Bank Of Baku

“Əl-Qaida”çıların işi üzrə Ali Məhkəmədə bu günə təyin olunmuş proses baş tutmayıb

“Əl-Qaida”çıların işi üzrə Ali Məhkəmədə bu günə təyin olunmuş proses baş tutmayıb
# 19 dekabr 2006 14:14 (UTC +04:00)
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.3, 120.2., 279.1, 228.3, 315.1 və digər maddələri ilə təqsirləndirilən 15 nəfərlik dəstənin işi üzrə Ali Məhkəmədə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb. Bu barədə APA-ya təqsirləndirilən şəxslərdən Arif Hacıyevin vəkili Elman Osmanov məlumat verib. Vəkil bildirib ki, prosesin keçirilməməsinin səbəbi müdafiə tərəfinə açıqlanmayıb. Məhkəmədən hakim Müzəffər Ağazadənin sədrliyi ilə keçirilən prosesin dekabrın 26-a təyin olunduğu bildirilib. Qeyd edək ki, Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarından ibarət dəstənin üzvlərinin əksəriyyəti dini təmayüllü təşkilatların, o cümlədən “Əl-Qaida”nın üzvü olub, Gürcüstan ərazisində, Pankisdəki düşərgələrdə təlim keçib. Banda üzvləri terror əməlləri törətməkdə, qanunsuz yolla silah-sursat əldə etmək və gəzdirməkdə, ötən ilin iyulunda Bakıda, 3-cü mikrorayon dairəsində Nəsimi rayon Polis İdarəsinin əməkdaşı Mövlan Əlibəyovu qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunurlar. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə dəstənin başçısı Hacıyev Arif Həsənbəyoviç ömürlük, Hacıverdiyev Emil Adil oğlu 10 il, Hamdan Mohammed Ahmed Salem, Çankayev Qadji İbrahimoviç, Abdulkərimov Abdulla Maqomedoviç və Əliyev Şirin Sədri oğlu 7 il, Berkov Aslan Həsənoviç, İslamov İsa Azrailoviç, Abdulhəmodov Karanay Zaulbasaroviç, Qaziyev Arsen Yunusoviç, Əsədullayev Jembek Junaitoviç, Dəlibaşlar Mustafa Əhməd, İnan Emin Əhməd, Hayal Səlçuq Hüsnü və Karakaş Cuma Şıximam isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyaya ekstradisiya edilən dəstə üzvlərindən Q. Çankayev Dağıstan şəhər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR