Bank Of Baku

Almaniya Daxili İşlər Nazirliyi Azərbaycan Sərhəd Qoşunlarına hədiyyə göndərib

Almaniya Daxili İşlər Nazirliyi Azərbaycan Sərhəd Qoşunlarına hədiyyə göndərib
# 19 dekabr 2006 14:42 (UTC +04:00)
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankina Almaniya Daxili İşlər Nazirliyinin göndərdiyi hədiyyələri Azərbaycan Dövlət Sərhəd Qoşunlarına təqdim edib. Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Müxtəlif avadanlıqlar və texnikadan ibarət olan hədiyyənin dəyəri 66 min avrodur. Səfirlikdən bildirilib ki, Almaniya Federal Polisi və Azərbaycan Sərhəd Qoşunları arasında əlaqələr 2003-cü ildən mövcuddur. Nazirlik indiyədək Azərbaycan Sərhəd Qoşunlarına nəqliyyat yolu olmayan ərazilər üçün xüsusi motosikletlər, 150-dən artıq durbin, sahillərə nəzarət üçün üzgüçülük jiletləri, 400-dən artıq kompas, saxta sənədlərin ifşa edilməsi üçün 8 min avro dəyərində avadanlıq hədiyyə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR