Bank Of Baku

Həştərxan-Bakı avtobusunun qəzaya uğraması nəticəsində həlak olanların hamısı azərbaycanlıdır

Həştərxan-Bakı avtobusunun qəzaya uğraması nəticəsində həlak olanların hamısı azərbaycanlıdır
# 19 dekabr 2006 15:19 (UTC +04:00)
APA-nın Dağıstan bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alanlardan 13-ü Mahaçqala xəstəxanasına, digərləri isə İzbirbaş xəstəxanasına yerləşdirilib. Yaralıların da əksəriyyəti azərbaycanlıdır. Məlumata görə, İzbirbaş sakininə məxsus “İkarus” markalı avtobusu Hümbət adlı Azərbaycan vətəndaşı icarəyə götürüb. Avtomobillə Binə və Sədərək yarmarkasından Mahaçqalaya mal aparan ticarətçiləri daşıyırmış. Hadisə zamanı avtobusda olanların əksəriyyəti azərbaycanlıdır. Qeyd edək ki, avtobus əks istiqamətdə hərəkət edən “BMW” markalı avtomobillə toqquşub. Nəticədə minik maşınında partlayış baş verib. Partlayışdan yaranan yanğın avtobusa da sıçrayıb. “BMW”-də olan dörd nəfər (biri azyaşlıdır) və avtobusun sərnişinlərindən 6 nəfər hadisə yerində həlak olub. Hazırda hadisə nəticəsində ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR