Bank Of Baku

Müstəqil Azərbaycan Universitetinin quru aclığa başlamış tələbələrindən biri xəstəxanaya yerləşdirilib

Müstəqil Azərbaycan Universitetinin quru aclığa başlamış tələbələrindən biri xəstəxanaya yerləşdirilib
# 19 dekabr 2006 15:28 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) quru aclığa başlamış 4 tələbəsindən biri bu günün sonunda Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Bu barədə APA-ya Tələbələrin Hüquqlarının Müdaifə Komitəsinin üzvü Vüqar Süleymanov məlumat verib. Onun sözlərinə görə, günün ikinci yarısında quru aclıq keçirən Samir Babayevin vəziyyəti get-gedə pisləşib və saat 17 radələrində huşunu itirib. Aksiyanın keçirildiyi Müsavat Partiyasının qərargahına çağırılan həkimlər tələbənin xəstəxanaya yerləşdirilməsini və aclığı dayandırmasını vacib sayıblar. V. Süleymanov tələbələrdən Aytən Mustafayeva və Gülnar Mehdiyevanın da səhhətinin pisləşdiyini bildirib. Amma həkimlərin müdaxiləsindən sonra onların səhhəti normallaşıb. Hazırda aclıq aksiyasını 50 tələbə davam etdirir. Tələbələr aclığı bir otaqda davam etdirməkdə çətinlik çəkdiklərindən, Müsavat Partiyasının rəhbərliyi onlar üçün daha bir otaq ayırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR