Bank Of Baku

Milli Məclis “Atçılıq haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

Milli Məclis “Atçılıq haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib
# 19 dekabr 2006 16:17 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasının ikinci hissəsində “Atçılıq haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilərək qəbul olunub. APA-nın məlumatına görə, qanun layihəsi haqqında parlamentin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat verib. Onun sözlərinə görə, bu qanun Azərbaycanda atçılığın inkişafının iqtisadi-hüquqi əsaslarını müəyyən edir. Qanun layihəsi 5 fəsil, 27 maddədən ibarətdir. Müzakirələr zamanı çıxış edən deputat Əli Məsimov atçılıq sahəsinə dövlət tərəfindən nəzarət olunması və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Eldar Quliyev isə ölkədə atçılıq biznesinin inkişaf etdirilməsinin məqsədəuyğun olduğunu bildirib: “Atçılıq sahəsinə daxili investisiya ilə yanaşı, xarici investisiya da cəlb olunmalıdır”. Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib. İclasda həmçinin “Daxili audit haqqında” qanun layihəsi də birinci oxunuşda qəbul olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR