Bank Of Baku

Azərbaycan İnternet istifadəçilərinin sayına görə dünyada 85-ci yeri tutur

Azərbaycan İnternet istifadəçilərinin sayına görə dünyada 85-ci yeri tutur
# 20 dekabr 2006 09:09 (UTC +04:00)
Azərbaycan İnternet istifadəçilərinin sayına görə Cənubi Qafqaz regionunda liderdir. "International Telecommunication Union" təşkilatının hesablamalarına görə, ölkədə orta hesabla 408 min nəfər İnternet istifadəçisi qeydiyyatdan keçib. APA-nın məlumatına görə, ölkədə İnternetin yayılma indeksi hər 100 nəfərə 5.6 nəfər təşkil edir ki, Azərbaycan bu göstəriciyə görə dünya ölkələri sırasında 85-ci yeri tutur. İnternetə daxilolmalar göstəricisinə görə hazırlanan reytinq cədvəlində ölkəmiz 198 ölkə sırasında 120-ci yerdə qərarlaşıb. İnternetə daxilolmalara görə 124-ci yeri tutan Ermənistanda 150 min İnternet istifadəçisi qeydə alınıb. Ölkədə İnternetin yayılması göstəricisi hər 100 nəfərə 5,03 nəfər təşkil edib. Gürcüstan isə İnternet istifadəçilərinin sayına və beynəlxalq şəbəkəyə daxilolmaların səviyyəsinə görə müvafiq olaraq 112 və 132-ci yerləri tutub. 176 min nəfərlik internet istifadəçisi ordusuna malik olan Gürcüstanda hər 100 nəfərdən 3,75 nəfəri bu beynəlxalq kommunikasiya şəbəkəsinin imkanlarından istifadə edir. Reytinq cədvəlinin hazırlanması zamanı 198 ölkənin İnternet şəbəkəsinə daxil olma göstəriciləri nəzərə alınıb. Hesablama zamanı həftə ərzində ən azı bir dəfə “online” sistemində İnternetə daxil olanların sayı əsas götürülüb. İnternet istifadəçilərinin sayına görə postsovet məkanında Rusiya liderlik edir. Bu ölkədə 16 milyon nəfər İnternet istifadəçisi qeydə alınıb ki, bu da hər 100 nəfərdən 11.5 nəfərinin internetə daxil olması deməkdir. Bu göstəriciyə görə dünya ölkələri sırasında Estoniya 25-ci, Latviya 41-ci yerdədir. Digər MDB ölkələri isə reytinq cədvəlində nisbətən aşağı pillələrdə qərarlaşıb. Ukrayna İnternetə daxilolmaların səviyyəsinə görə 104-cü, Belarus isə 63-cü yerdədir. İnternet istifadəçilərinin sayına görə Ukrayna 35-ci, Belarus isə 47-ci yerdə qərarlaşıb. MDB məkanında İnternetdən ən az istifadə Tacikistanda qeydə alınıb. Bu ölkədə hər 100 min nəfərdən yalnız biri İnternetə mütəmadi daxil olur, ölkədə cəmi 5 min İnternet istifadəçisi qeydə alınıb. Dünya ölkələri sırasında qlobal şəbəkədən istifadə səviyyəsinə görə Yeni Zelandiya birinci yeri tutur. 3.2 milyon nəfər əhalisi olan bu ada-dövlətdə hər 100 nəfərdən 80 nəfəri İnternetdən mütəmadi istifadə edir. Reytinq cədvəlində ikinci yeri tutan İslandiyada hər 100 nəfərdən 76,03 nəfəri qlobal informasiya şəbəkəsindən mütəmadi yararlanır. Dünya ölkələrinin İnternetdən istifadəyə dair orta göstəricisi hər 100 nəfərə 18,4 nəfərdir. İnternet provayderlərinin və aktiv istifadəçilərin sayına görə ABŞ liderdir. 161 milyon 632 min İnternet istifadəçisi qeydə alınana bu ölkədə 7.000 provayder fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR