Bank Of Baku

Dövlətə məxsus orta, orta ixtisas və ali məktəblər özəlləşdirilməyəcək

Dövlətə məxsus orta, orta ixtisas və ali məktəblər özəlləşdirilməyəcək
# 20 dekabr 2006 09:10 (UTC +04:00)
“Dövlətə məxsus orta, orta ixtisas və ali məktəblər özəlləşdirməyə çıxarılmayacaq. Həmin təhsil müəssisələri dövlətin nəzarətində qalacaq”. Bu sözləri APA-ya açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, nazirlik rentabelli olub-olmamasından, maddi-texniki vəziyyətindən asılı olmayaraq, bağçalardan başqa digər dövlət təhsil müəssisələrinin özəlləşdirilməsini məqsədəuyğun saymır: “Orta məktəblərin, peşə məktəblərinin, texnikumların, xüsusilə ali məktəblərin özəlləşdirilməməsinin səbəbi var. Əvvəla, bizdə kifayət qədər özəl ali məktəblər mövcuddur. Digər tərəfdən, dünya təcrübəsində təhsil müəssisələrinin özəlləşdirilməsi təcrübəsi olmadığı üçün bu işə hələlik getmirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR