Bank Of Baku

Hövsanda uşaq bağçasının həyətində kişi meyiti tapılıb

Hövsanda uşaq bağçasının həyətində kişi meyiti tapılıb
# 20 dekabr 2006 09:39 (UTC +04:00)
Hövsan qəsəbəsi, E. Qasımov küçəsində yerləşən 273 saylı uşaq bağçasının həyətində üzərində xəsarət olan kişi meyiti tapılıb. Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində meyitin şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, mərhum 1985-ci il təvəllüdlü Hövsan qəsəbə sakini Sərxan Rəhimovdur. Mərhumun ruhi xəstə olduğu bildirilir. Müəyyən olunub ki, onu başına salafan torba keçirib küt alətlə vuraraq öldürüblər. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. Hazırda iş üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR