Bank Of Baku

Kanada Azərbaycan Assosiasiyaları Assambleyası təsis edilib

Kanada Azərbaycan Assosiasiyaları Assambleyası təsis edilib
# 20 dekabr 2006 09:42 (UTC +04:00)
Dekabrın 17-də Kanadanın Toronto şəhərində Ontario və Kvebek vilayətlərində fəaliyyət göstərən Azərbaycanla bağlı 8 təşkilatın təşəbbüsü ilə toplantı keçirilib. APA-nın məlumatına görə, toplantıda Kvebek Azərbaycanlıları Assosiasiyası, Kanada Azərbaycan Dostluq Assosiasiyası, Ontario Azərbaycanlıları İcması, Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyası, Kanada-Azərbaycan Ticarət Mərkəzi, Kanada Azərbaycan Tələbələri Cəmiyyəti, Kanada Azərbaycan Qadınları Assosiasiyası və Kanada-Azərbaycan Gənclər Assosiasiyasının təmsilçiləri iştirak ediblər. Toplantıda Kanada Azərbaycan Assosiasiyaları Assambleyası (KAAA) təsis edilib. KAAA-dan APA-ya verilən məlumata görə, tədbirdə assambleyanın nizamnaməsinin hazırlanması, dövlət qeydiyyatına alınması, gələn ilin yanvarında ilk qurultayının çağırılması və s. məsələlərin həlli ilə məşğul olmaq üçün üç işçi qrupu yaradılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR