Bank Of Baku

Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq

Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq
# 20 dekabr 2006 09:54 (UTC +04:00)
Bayram günlərində polis gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətindən bildirilib ki, vətəndaşların təhlükəsizliyinin təmin olunması, asayişin təmin edilməsi məqsədi ilə polis əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Qeyd edək ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü və Qurban bayramı, yanvarın 1-i və 2-si isə Yeni il bayramıdır. Bu münasibətlə ölkədə kütləvi bayram tədbirlərinin təşkili planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR