Bank Of Baku

Gəncə şəhər Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən Zabit Kazımovun məhkəməsi Bakıda keçiriləcək

Gəncə şəhər Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən Zabit Kazımovun məhkəməsi Bakıda keçiriləcək
# 20 dekabr 2006 10:08 (UTC +04:00)
Dekabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim İmaməli Əsgərovun sədrliyi ilə Gəncə şəhər Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən Zabit Kazımov və Pərviz Məmmədovun barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Bu barədə APA-ya Z. Kazımovun istintaqdakı vəkili İbrahim Rüstəmov məlumat verib. Vəkil bildirib ki, əvvəlcə prosesin Gəncədə keçirilməsi nəzərdə tutulsa da, sonradan prosesin Bakıda keçirilməsi qərara alınıb. Onun sözlərinə görə, dekabrın 25-də təqsirləndirilənlər Gəncədəki 2 saylı İstintaq Təcridxanasından Bayıldakı 1 saylı İstintaq Təcridxanasına etap olunacaq. Z. Kazımovun məhkəmədə hüquqlarını başqa vəkil müdafiə edəcək. Məhkəmədən APA-ya bildiriblər ki, prosesin vaxtı və keçiriləcəyi yer hələlik müəyyənləşməyib.
Xatırladaq ki, Z. Kazımova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri ilə, onunla eyni maşında olmuş Pərviz Məmmədova isə Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda hər iki təqsirləndirilən şəxs Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR