Bank Of Baku

“Barmek”in 7 sabiq əməkdaşı barəsində cinayət işinin istintaqı yekunlaşmaq üzrədir

“Barmek”in 7 sabiq əməkdaşı barəsində cinayət işinin istintaqı yekunlaşmaq üzrədir
# 20 dekabr 2006 10:17 (UTC +04:00)
“Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin 7 sabiq əməkdaşı barəsində Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir. “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi” MMC-nin hüquqşünası, vəkil Abbas Atakişiyev APA-ya bildirib ki, şirkətin prezidenti Hüseyn Arabula qarşı ittiham irəli sürülməsi qeyri-mümkündür. H. Arabulun ölkədən çıxmasına icazə verilməməsi ilə bağlı məsələyə gəlincə isə, vəkil deyib ki, “Barmek” prezidentinin ölkədən çıxmasına rəsmi qadağa qoyulmayıb: “Hələlik təhvil-təslim prosesi getdiyi üçün Hüseyn bəyin ölkəni tərk etməsi məqsədəuyğun sayılmır. Ona qarşı heç bir ittiham irəli sürülmədiyindən barəsində hansısa qətimkan tədbiri seçilə bilməz”. H. Arabul isə APA-ya açıqlamasında istintaqın gedişi haqqında ona məlumat verilmədiyini bildirib. O, hökumətlə “Barmek” arasında təhvil-təslim prosesinin başa çatdığını, lakin yekun protokolun İqtisadi İnkişaf Nazirliyi tərəfindən imzalanmadığını deyib. İş adamı bundan sonra bütün məsuliyyətin nazirliyin üzərində olduğunu vurğulayıb. Xatırladaq ki, “Barmek”in vitse-prezidenti Ömər Günər, texniki direktor Vəfa Ağayev, onun müavini Çingiz Abdullayev, texniki əməliyyat direktoru Mahir Novruzov, satış direktoru Valeh Zeynalov, rele-mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə və keçmiş baş menecer Cingiz İbadov Cinayət Məcəlləsinin 179.2-ci (mənimsəmə və ya israf etmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR