Bank Of Baku

Sabah Binəqədi Rayon Məhkəməsində Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiasına baxılacaq

Sabah Binəqədi Rayon Məhkəməsində Müstəqil Azərbaycan Universiteti tələbələrinin iddiasına baxılacaq
# 20 dekabr 2006 10:52 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinə (MAU) 2004-cü ildə qəbul olmuş 125 tələbənin iddiası üzrə sabah Binəqədi Rayon Məhkəməsində hakim Əhməd Sarıyevin sədrliyi ilə keçiriləcək iclasda baxılacaq. Bu barədə APA-ya Tələbələrin Hüquqlarını Müdafiə Komitəsindən məlumat daxil olub. Məhkəmə prosesində iddiaçı tərəfi vəkil İntiqam Əliyev təmsil edəcək. Cavabdeh qismində isə Təhsil Nazirliyi və MAU-nun rəhbərliyi çıxış edəcək. Qeyd edək ki, bu, tələbələrin iddiası üzrə üçüncü məhkəmə iclası olacaq. Tələbələr öz iddialarında 2004-cü ildə MAU-ya qəbul olunmuş və hazırda təhsil hüquqları pozulmuş tələbələrin təhsil problemi öz həll yolunu tapmasını tələb ediblər. Digər tələbdə isə göstərilir ki, tələbələrin təhsil hüquqları bərpa olunmazsa, dəymiş maddi və mənəvi ziyana görə hər bir tələbəyə 10.000 AZN dəyərində kompensasiya ödənilsin. Məhkəmə iclası saat 16.00-da başlayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR