Bank Of Baku

Zaqatalada 3 otaqlı evdə yanğın baş verib

Zaqatalada 3 otaqlı evdə yanğın baş verib
# 20 dekabr 2006 12:51 (UTC +04:00)
Bu gün Zaqatala şəhərində yanğın hadisəsi baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Yanğindan Mühafizə Bölməsindən (YMB) məlumat verilib. Rayon Yanğından Mühafizə bölməsindən verilən məlumata görə, bu gün günorta saatlarına yaxın H.Tağıyev küçəsində Fatma İsrafilovaya məxsus 3 otaqlı evdə yanğın baş verib. Yanğın baş verən zaman evdə heç kəs olmadığindan, demək olar ki, ev əşyalarını yanğından xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, yanğının baş verməsinə səbəb evdə qaz sızması olub. Rayon YMB əməkdaşlarının səyi nəticəsındə yanğının yaxınlıqdaki üç mənzilə keçməsinin qarşısı alınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR